Uşaqlara ayaqqabı seçərkən nələrə diqqət etməli? VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!


Digərləri 30 Sen 2019 23:20:00 225 0

Uşaqlara ayaqqabı seçərkən nələrə diqqət etməli?  VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Doğru ayaqqabı seçimi uşaqların sağlığı üçün önəmlidir. 

Türkiyəli mütəxəssislər valideynləri uşaqlara ayaqqabı alarkən ehtiyatlı olmağa çağırır. Xüsusilə günün yarısını ayaqqabıda keçirən uşaqlar üçün diqqət edilməsi lazım olan əsas məsələlərdən biri rahat və sağlamlığa ziyanı olmayan ayaqqabılar seçməkdir.

Son.az medicina.az-a istinadən bildirir ki, Tibb Elmləri Universitetinin bir qrup mütəxəssisinin araşdırmaları nəticəsində məlum olub ki, ayaq sağlamlığı üçün ayaqqabı seçiminə xüsusi diqqət etmək lazımdır. 

Belə ki, uşaq ayaqqabıları seçərkən, əsasən onların uzunluğuna, genişliyinə və dərinliyinə diqqət etmək lazımdır. Uşağın ayağına narahat oturan ayaqqabının bir çox fəsadları ola bilər. Bunlara əsasən dırnaqların zədələnməsi, barmaqların bükülməsi, döyənək və baş barmağın ətrafında çıxıntı və s.aid etmək olar.

Barmaqlar ayaqqabının içərisində rahat hərəkət etsin deyə yuvarlaq burunlu ayaqqabı seçmək  lazımdır. Baş barmağı ilə ayaqqabı arasında 1 sm-lik ara məsafəsi olmalıdır. Ayaqqabı baş barmaq və çeçələ barmağı sıxmamalıdır. Əgər sıxlıq olarsa, bu uşaqlarınızın hətta sinir sisteminə də, pozucu reaksiyalar verə bilər. Dik burunlu və dikdaban ayaqqabılar, xüsusilə, qız uşaqlarında baş barmağın əyilməsinə gətirib çıxarır.

(adsgarden = window.adsgarden || []).push({});