Sonsuzluq müalicəsi prostat xərçəngi riski yaradır Yeni araşdırma


Digərləri 30 Sen 2019 22:55:00 398 0

Sonsuzluq müalicəsi prostat xərçəngi riski yaradır  Yeni araşdırma

Elmi-tibbi tədqiqatın nəticələrinə əsasən, sonsuzluq müalicəsi alan kişilərin sonradan prostat xərçənginə tutulmaq riski daha yüksəkdir.

Son.az BBC Azərbaycanca-ya istinadən bildirir ki, Britaniya Tibbi Jurnalında nəticələri dərc olunmuş tədqiqatda son 20 il ərzində İsveçdə 1,2 milyonadək hamiləlik halları nəzərdən keçirilib.

Kişi sonzuluğu müalicəsini (ICSI) alanların prostat xərçənginə tutulmaq riski daha yüksək olub.

Britaniya Prostat Xərçəngi təşkilatının bildirdiyinə görə, ICSI müalicəsini alan kişilərin daha yüksək risk altında olmalarını iddia etmək üçün daha geniş yaş çərçivəsində kişiləri yoxlamadan keçirmək lazımdır.

İsveçin Lund Universitetindən tədqiqatçılar milli doğuş və xərçəng qeydlərinə dair məlumat bazasından istifadə ediblər.

Onlar 1994-2014-cü illərdə bir milyondan çox doğuş və xərçəng xəstəliyi hadisələrini nəzərdən keçiriblər.

Körpələrin əksəriyyəti - 97 faizi təbii yolla əmələ gələn hamiləlik nəticəsində doğulub, 1,7 faizi və 20618 körpə IVF üsulundan istifadə olunmaqla hamiləlikdən sonra doğulub.

Məlumat bazasında sonzuluğun kişi və qadınla bağlı olduğu göstərilməyib.

Doğuşların 1,7 faizi və 14882-i keyfiyyətli sperma seçilərək birbaşa qadın yumurtasına vurulması üsulu ilə keçirilmiş ICSI-nin nəticəsidir.

ICSI üsulundan ilk dəfə 1992-ci ildə İsveçdə istifadə olunub və hər belə bir hal qeydiyyatdan keçirilib.

Təbii yolla doğulanların 0.28 faizində prostat xərçəngi diaqnozu müəyyən olunub, IVF qrupunda belələri 0.37 faiz olub, ICSI qrupunda isə 0.42 faiz olub.

(adsgarden = window.adsgarden || []).push({});