Nəsimi nəslinin nümayəndəsi: Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun


Digərləri 30 Sen 2019 22:30:00 461 0

Nəsimi nəslinin nümayəndəsi: Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı davam edir

Bakı. Vüqar İmanov - Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı davam edir. Trend-in məlumatına görə, qonaqlar arasında Suriyadan iki bacısı uşağı, bacısı və onun həyat yoldaşı ilə gələn Nəsimi nəslinin nümayəndəsi olan Bəşər Nəsimi də var. Məlum olduğu kimi, Nəsimi öz hürufi ideyalarını Suriyada təbliğ edərkən, Hələb şəhərində həbs edilmişdi. Ruhanilər tərəfindən irəli sürülmüş ittihamlar nəticəsində Nəsimi ölüm cəzası məhkum edilmiş və əzablı ölümü qəbul etmişdi. Şair Əl Fərafiyə rayonunda ümumi qəbiristanlığında dəfn edilib. Nəsimi nəslinin nümayəndələri də orada dəfn olunublar. Bəşər Nəsimi Nəsiminin və onun nəslinin nümayəndələrinin məzarlarının abadlığı və təmizliyinə nəzarət edənlərdən biridir. Qonaqlar və festival iştirakçıları ilə birgə o, Bakıda və Nəsiminin vətəni Şamaxıda müxtəlif tədbirlərdə iştirak edir. Bəşər Nəsimi öz ulu babasının vətəni olan Azərbaycana dəvətə və Nəsimi festivalının keçirilməsinə görə Heydər Əliyev fonduna öz minnətdarlığını bildirib: "Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun. Ümid edirik ki, bu arzumuza çatacağıq".