Jak Şirakın tabutu ilə selfi çəkdilər, tənqid olundular


Dünya 30 Sen 2019 21:59:00 294 0

Jak Şirakın tabutu ilə selfi çəkdilər, tənqid olundular

Fransanın keçmiş prezidenti Jak Şirakla vida mərasimində ziyarətçilərin davranışları sosial şəbəkələrdə sərt reaksiyaya səbəb olub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, vida mərasimində bəziləri Şirakın tabutuna yaxınlaşaraq onunla selfi edib. Sosial şəbəkə istifadəçiləri buna icazə verdikləri üçün mühafizəçiləri və bu atdıqlarına görə selfi çəkənləri tənqid atəşinə tutub. Onlar keçmiş prezidentin tabutu ilə belə bir hadisənin baş verməsini "dəhşət" adlandırıblar.

Xatırladaq ki, Jak Şirak sentyabrın 26-da 86 yaşında dünyasını dəyişib. O, 1995-2007-ci illərdə Fransanı idarə edib. 

(adsgarden = window.adsgarden || []).push({});