"BrahMos" raketi sınaqdan keçirildi


Dünya 30 Sen 2019 21:09:00 350 0

"BrahMos" raketi sınaqdan keçirildi

Hindistanın müdafiə tədqiqatları təşkilatı "BrahMos" qanadlı raketini uğurla sınaqdan keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, raket şərq ştatı Orissada yerləşən hərbi poliqondan buraxılıb.

Məlumata görə, raket 290 kilometr məsafəyə uçuş qabiliyyətinə malikdir. Bundan başqa, raketin Hindistan istehsalı avadanlıqlarla təchiz edildiyi və artıq quru qoşunlarının istifadəsinə verildiyi qeyd edilir.

Raketin sınağı ilə bağlı digər detallar açıqlanmayıb.