Konte Manchester United-in futbolçusunu istəyir


İdman 30 Sen 2019 20:30:00 260 0

Konte Manchester United-in futbolçusunu istəyir

İnter-in baş məşqçisi Antonio Konte qışda heyəti gücləndirmək niyyətindədir.

Goal.az xəbər verir ki, Konte bununla bağlı rəhbərliyiə müraciət edib. Onun maraqlandığı futbolçuda var. Mütəxəssis rəhbərlikdən tələb edib ki, qışda Manchester United-in yarımmüdafiəçisi Nemanya Matiç transfer edilsin.

İnter rəhbərliyi futbolçu ilə danışıqlara başlamağa hazırlaşır. Matiçin MU ilə qüvvədə olan müqaviləsi mövsümün sonunda başa çatır.

O, Manchester United-də mütəmadi çıxış etmir. Yarımmüdafiəçi son 3 qarşılaşmada meydanda olmayıb.

Serb futbolçu ilə MilanJuventus-un da maraqlandığı bildirilir. Matiç MU-yə 2017-ci ildə Chelsea-dən keçib.