Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb


Digərləri 30 Sen 2019 19:59:00 84 0

Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb

Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Azərbaycan 2018-ci ildə də dünya bazarında öz yerini qoruyub saxlaya bilib. Hazırda fındıq ixracına görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdəyik. Bu il məhsuldarlığın nisbətən az olmasına baxmayaraq, 8 ayın statistikası çox uğurludur. Belə ki, ötən ilin 8 ayında xaricə 40 milyon 500 min ABŞ dolları həcmində fındıq ixrac olunmuşdusa, cari ildə ixracımız artıq 76 milyon 900 min dollara çatıb. Yəni, fındıq ixracımız 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,9 faiz artıb. Düşünürəm ki, ilin sonunadək biz dünya ölkələrinə ötən ildəkindən iki dəfə çox fındıq ixrac edəcəyik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Bir həftə əvvəl Moskva şəhərində təşkil olunan "World Food Moscow 2019" beynəlxalq qida sərgisində iştirak etdiklərini diqqətə çatdıran Assosiasiya sədri bildirib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) maliyyə dəstəyi ilə oktyabrın 5-dən 9-dək Almaniyanın Köln şəhərində keçiriləcək "Anuqa-2019" sərgisində də məhsullarımızı nümayiş etdirəcəklər: "Ümumiyyətlə, bu sərgilərin hər birində Azərbaycanı 5-6 şirkət təmsil edir. Belə sərgilərdən sonra ixrac coğrafiyamızda da dəyişikliklər müşahidə olunur. Hazırda Azərbaycandan 25-dək ölkəyə fındıq ixrac edilir. Bu ölkələr arasında Rusiya xüsusilə seçilir. Ancaq Milad bayramı ərəfəsində Avropa ölkələrində də aktivlik gözlənilir. Almaniya və İtaliya şirkətləri Azərbaycan fındığına böyük maraq göstərirlər. Son illər bu siyahıya Çexiya və Polşa da əla olunub".

Fındığın satış qiymətləri barədə məlumat verən İsmayıl Orucov deyib ki, avqust-sentyabr aylarında Azərbaycan fındığının qiyməti dünya bazarında ən yüksək həddə çatıb: "Fermerlərin yetişdirdiyi məhsulun keyfiyyəti, istehsalda tətbiq olunan yeni texnologiyalar, İSO və Avropa standartları artıq öz nəticəsini göstərib, töhfəsini verib. Son iki ayda Azərbaycan fındığının ixrac qiyməti hər kiloqram üçün 6 dollar 20 sent - 6 dollar 50 sent təşkil edib. Həmin dövrdə dünya bazarında Türkiyə fındığının satış qiyməti 5 dollar 90 sent - 6 dollar, Gürcüstan fındığının qiyməti isə 5 dollar 80 sent olub".

Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər tutuldu like
  • 30 Sen 19:54  
Kriminal Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər tutuldu

Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində

arrow Ətraflı
“Gözüm görəgörə qaraciyərimi deşiblər” like
  • 30 Sen 19:49  
Şou-biznes “Gözüm görəgörə qaraciyərimi deşiblər”

"O qadın demişdi ki, səni hər yerdən çıxdaş edəcəm, bu aləmdən

arrow Ətraflı
Bakıda növbəti reyd like
  • 30 Sen 19:44  
Digərləri Bakıda növbəti reyd

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Agentliyi

arrow Ətraflı
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər like
  • 30 Sen 19:36  
Digərləri Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri mü

arrow Ətraflı
Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz like
  • 30 Sen 19:34  
Digərləri Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz

NASA Aerokosmik Agentliyi arzu edən hər kəsə öz adını Marsa göndərməyi

arrow Ətraflı
Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb like
  • 30 Sen 19:28  
Digərləri Azərbaycanın fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 89,9 faiz artıb

Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas s

arrow Ətraflı
16cı dəfə hamilə qalan qadın ən yaşlı daşıyıcı ana oldu like
  • 30 Sen 19:24  
Dünya 16cı dəfə hamilə qalan qadın ən yaşlı daşıyıcı ana oldu

İngiltərə sakini 52 yaşlı Kerol Horlok başqa ailəyə 14-cü dəfə uşaq

arrow Ətraflı
Penitensiar Xidmət məhbusun ölümü ilə bağlı açıqlama yayıb like
  • 30 Sen 19:21  
Kriminal Penitensiar Xidmət məhbusun ölümü ilə bağlı açıqlama yayıb

Bu günlərdə sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidməti

arrow Ətraflı
Beren Saat sevgilisi ilə like
  • 30 Sen 19:19  
Digərləri Beren Saat sevgilisi ilə

Həyat yoldaşı Kənan Doğuludan ayrılacağı iddia edilən türkiyəli aktri

arrow Ətraflı
Cəlilabadda “Mercedes” su kanalına aşdı like
  • 30 Sen 19:17  
Digərləri Cəlilabadda “Mercedes” su kanalına aşdı

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Maksim Şevçenko: "Moskvanın Ermənistanın mövqeyi ilə bağlı şübhələri var" like
  • 30 Sen 19:14  
Siyasət Maksim Şevçenko: "Moskvanın Ermənistanın mövqeyi ilə bağlı şübhələri var"

"Moskva Yerevanı Tehrana təzyiq göstərmək üçün Vaşinqtona əlavə

arrow Ətraflı
Penitensiar Xidmət məhbusun ölümü ilə bağlı açıqlama yayıb like
  • 30 Sen 19:13  
Digərləri Penitensiar Xidmət məhbusun ölümü ilə bağlı açıqlama yayıb

Ölüm faktı ilə bağlı qanuna uyğun olaraq prokurorluq tərəfindən müvaf

arrow Ətraflı
Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var like
  • 30 Sen 19:08  
Digərləri Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı