Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu


Digərləri 30 Sen 2019 18:24:00 275 0

Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu

"Ayna Sultanova parkı noyabr ayının sonları, dekabrın əvvəli sakinlərin istifadəsinə veriləcək".

Son.az xəbər verir ki, bunu Trend-ə özəl olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Kərimov bildirib. Onun sözlərinə görə, parkın rəsmi açılışı da nəzərdə tutulub:

"Ayna Sultanova parkında tam olaraq yenidənqurma işləri aparılır. Park uzun zamandır bağlı olduğuna görə, yabanı kol koslar çox idi. Artıq bütün ərazi təmizlənib, yeni yaşıl zolaqlar, ağaclar və bəzəkli kollar əkilib. Sakinlərin tam rahatlığı üçün yeni söhbətgahlar, oturacaqlar və müasir işıq dirəkləri quraşdırılıb. Uşaqların vaxtı maraqlı keçirməsi üçün də ərazi ayrılıb".

K.Kərimov parkdakı Ayna Sultanova heykəlinin aqibəti barədə də danışıb:

"Heykəl olduğu yerində qalmaqdadır, sadəcə onun üzərində bəzi restavrasiya işləri aparılacaq. Heykəlin üzü çirkdən təmizlənərək ağardılacaq və laklanacaq. Onun yerinin dəyişdirilməsi barə də isə hələlik söhbət yoxdur".

(adsgarden = window.adsgarden || []).push({});