Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri beynəlxalq qurultayda iştirak edib (FOTO)


Digərləri 30 Sen 2019 17:28:43 204 0

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri beynəlxalq qurultayda iştirak edib (FOTO)

Elnurə Əzizova Türk Dil Qurumu Başqanlığının təşkilatçılığı ilə Ankarada keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında iştirak edib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova Türk Dil Qurumu Başqanlığının təşkilatçılığı ilə Ankarada keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında iştirak edib. İnstitutdan Trend-ə verilən məlumata görə, UNESKO-nun 2019-cu ili Yusif Balasaqunlunun “Kutadqu Bilig” əsərinin yazılışının 950-ci ildönümü elan etməsi ilə bağlı keçirilən Beynəlxalq Kutadqu Bilig Qurultayında dil, ədəbiyyat, tarix, mədəniyyət və digər mövzularda, Türkiyə də daxil olmaqla, 15 ölkədən 133 məruzə dinlənilib. Qurultayda “Kutadqu Bilig və Siyasətnamədə iş əxlaqı və peşələr” adlı məruzə ilə çıxış edən dosent E.Əzizova Qaraxanlılar Dövlətinin hacibi Yusif Balasaqunlunun və Səlcuqlular Dövlətinin vəziri Nizamülmülkün yazdığı siyasətnamələrin xüsusiyyətlərindən bəhs edib. E.Əzizova hər iki əsər çərçivəsində ilk türk-İslam cəmiyyətlərində iş əxlaqının əsas prinsipləri, cəmiyyətdə peşələrə münasibət, sosial həyatda sənətkarların mövqeyi, fərdi-ictimai rifah və dünya-axirət tarazlığı nöqteyi-nəzərindən işləməyin əhəmiyyətinə dair yanaşmaları təqdim edib.