Gənclər arasında sorğu keçirildi NƏTİCƏLƏR


Digərləri 30 Sen 2019 16:43:00 268 0

Gənclər arasında sorğu keçirildi  NƏTİCƏLƏR

Gənclər və İdman Nazirliyi gənclər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın Əlaqələndirmə Şurasının iclasında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva deyib ki, 2018-ci ildə seçmə üsulla, üzbəüz şəkildə 2000-ə yaxın gənc arasında 11 istiqamət üzrə sorğu keçirilib.

Sorğunun nəticələrinə görə, respondentlərin 22,2 faizi maddi durumunun çox yaxşı və yaxşı olduğunu, 57,6 faizi orta olduğunu bildirib.

İ.Hacıyeva əlavə edib ki, respondentlərin 42 faizi yaşayış şəraitinin çox yaxşı və yaxşı, 48,3 faizi orta olduğunu deyib.

Respondentlərin 58 faizi əhvalının çox yaxşı və yaxşı, 41 faizi isə orta və pis olduğunu söyləyib.

İ.Hacıyeva qeyd edib ki, respondentlərin 25,3 faizi sağlamlığını orta və pis kimi qiymətləndirib. Bu isə narahatedici rəqəmdir.