VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir


Digərləri 30 Sen 2019 16:50:00 257 0

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

Bank VTB (Azərbaycan) kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirləri davam etdirir. Belə ki, bank əhalinin sıx toplaşdığı məkanlarda yeni bankomatlar quraşdırıb:

Heydər Əliyev pr. 172 ünvanında ("Koroğlu" metrostansiyası yaxınlığında) yerləşən "Bravo" hipermarketi;

"Nizami Mall" ( "Nizami" metrostansiyası yaxınlığında).

Bununla da VTB (Azərbaycan)-ın hazırda 21 bankomatı müştərilərə xidmət göstərir. Bankomatlar vasitəsilə müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) və digər xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər. Bankın "Əcəmi", "Neftçilər" filialları və Müştəri xidmətləri mərkəzi, eləcə də "28 Mall" TM və "İçəri şəhər" metrostansiyasında yerləşən bankomatlarında kart hesabına nağd pul vəsaitinin əlavə edilməsi - Cash in xidməti mövcuddur.