Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs azadlığa buraxıldı


Kriminal 30 Sen 2019 16:11:00 244 1

Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bakı şəhər sakini Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə tərsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əbilov 2 il sınaq müddəti təyin edilməklə, 3 il şərti azadlıqdan məhrum edilib və o, məhkəmə zalından azad olunub.

İttihama görə, Kürdəmir rayon sakini, 1997-ci il təvəllüdlü Ağayev Əhməd Tofiq oğlu Bakıda 1991-ci il təvəllüdlü Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilovun hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.