Tatyana Polyakovanın Heydər Əliyev Mərkəzində etiket və peşəkar ünsiyyət mövzusunda mühazirəsi olacaq


Digərləri 30 Sen 2019 16:19:12 252 0

Tatyana Polyakovanın Heydər Əliyev Mərkəzində etiket və peşəkar ünsiyyət mövzusunda mühazirəsi olacaq

Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın «Etiket və peşəkar ünsiyyət» mövzusunda mühazirəsi keçiriləcək.

Bakı. Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın «Etiket və peşəkar ünsiyyət» mövzusunda mühazirəsi keçiriləcək. Heydər Əliyev Mərkəzindən Trend-ə bildirilib ki, tədbirdə Tatyana Polyakova insan haqda təəssürat yaradan əsas məqamlar haqqında söhbət açacaq. Səs tembri, geyim tərzi, baxış, intonasiya, nitq qabiliyyəti, xahiş və minnətdarlıq ifadələri, hədiyyələr və hətta ayaqqabı dabanının hündürlüyi kimi nüanslara da toxunulacaq. Mühazirəçi eleqantlığın əsas əlamətləri, davranış qaydaları barədə söz açacaq. Bir çox ölkələrdə geniş auditoriyaya malik Tatyana Polyakova, həmçinin Avropada, Amerikada mövcud olan etik normalardan və Asiya ölkələrinə xas ənənələrdən danışacaq. O, davranış və nəzakət qaydalarında genetik ənənələri öz xeyrinə necə istifadə etməyin sirlərini də açıqlayacaq. Tatyana Polyakova etiket üzrə dünyada tanınmış mütəxəssisdir. Tallində doğulub. Monako Knyazlığında etiket öyrətmək üzrə lisenziyanın yeganə sahibidir. Mədəniyyətlərarası kommunikasiya üzrə kursların müəllifidir. Bir neçə xarici dildə danişmaq qabiliyyətini, beynəlxalq şirkətlərdə iş təcrübəsini, etnoqrafik ekspedisiyalarını və səyahətlərini boyük ustalıqla ünsiyyət və etiket üzrə biznes layihəyə çevirib.