SOCAR boru kəməri ərazisində baş vermis hadisə ilə bağlı açıqlama yayıb


Digərləri 30 Sen 2019 16:08:00 250 0

SOCAR boru kəməri ərazisində baş vermis hadisə ilə bağlı açıqlama yayıb

SOCAR-ın mühafizə xidməti və bir qrup şəxs arasında baş vermis hadisə ilə bağlı şirkət açıqlama yayıb.

Bakı. SOCAR-ın mühafizə xidməti və bir qrup şəxs arasında baş vermis hadisə ilə bağlı şirkət açıqlama yayıb. SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətin əməkdaşları əlillərə qarşı heç bir zorakılıq tətbiq etməyıblər, əksinə zorakılıq onlara qarşı tətbiq olunub. Məlumatda qeyd edilir kİ, boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs əlillərdən sui-istifadə edərək, onları qanunsuz hərəkətlərə və dövlət orqanlarına qarşı təxribata təhrik etməyə cəhd göstərmişlər: "Qanunsuz tikinti yerinə çağırılan əlillərin bu tikintiyə heç bir aidiyyəti yoxdur. Tikintini aparan şəxslər öz kommersiya maraqları üçün əlillərdən sui-istifadə etmişlər. Belə hallar daha əvvəllər də yaşanmışdır. Aparılan araşdırmalar göstərir ki, bir qrup fırıldaqçı əlillərdən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə edərək qanunsuz tikililərin aparılmasına himayədarlıq göstərməklə məşğuldur". SOCAR bildirir ki, sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb: