Rabitəbank region sahibkarlarına dəstəkdir!


Digərləri 30 Sen 2019 15:55:00 289 0

Rabitəbank region sahibkarlarına dəstəkdir!

Rabitəbank regionlarda sahibkarları maarifləndirməyə və onlara dəstək olmağa davam edir!

29 sentyabr Şamaxı şəhərində Rabitəbankın təşkilatçılığı ilə, AKİA, KOB dostu Şamaxı nümayəndəliyi, Şamaxı rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Dağlıq Şirvan iqtisadi regionunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirdi. Görüşün əsas məqsədi, ölkədə sahibkarlara yaradılan imkanlar və Rabitəbankın bu istiqamətdə təqdim etdiyi məhsulları təqdim etməkdir.

Bankın səlahiyyətli nümayəndələri iştirakçılar tərəfindən verilən sualları cavablandırmış və ümumi müzakirələr aparmışdır.

Qeyd edək ki, Rabitəbank Aqrar Kredit və İnkişaf Agentliyinin"Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" - nin agent bankı kimi seçilmişdir.