Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi YENİ TƏYİNAT


Siyasət 30 Sen 2019 15:35:00 302 0

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi  YENİ TƏYİNAT

Prezident İlham Əliyev Ə.Q.Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

XXX

Prezident İlham Əliyev V.H.Tağıyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.