Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədidə vətəndaşlarla görüşəcəklər


Digərləri 30 Sen 2019 15:30:00 252 0

Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədidə vətəndaşlarla görüşəcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədi rayonlarında vətəndaşlarla görüşəcəklər

Bakı. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda Tərtər və Ağdam rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Bərdə rayonunda, Mətin Kərimli isə Ağcabədidə Ağcabədi və Laçın rayonlarının vətəndaşları ilə görüşəcəklər. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.