Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxs azadlığa buraxıldı
Digərləri 30 Sen 2019 15:36:00 236 0
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bakı şəhər sakini Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı. Samir Əli -
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bakı şəhər sakini Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə tərsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əbilov 2 il sınaq müddəti təyin edilməklə, 3 il şərti azadlıqdan məhrum edilib və o, məhkəmə zalından azad olunub.
İttihama görə, Kürdəmir rayon sakini, 1997-ci il təvəllüdlü Ağayev Əhməd Tofiq oğlu Bakıda 1991-ci il təvəllüdlü Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilovun hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.
Mənbə: az.trend.az