“Röya toya yarımsaatlıq 8 min manata gedir”


Şou-biznes 30 Sen 2019 15:25:00 295 0

“Röya toya yarımsaatlıq 8 min manata gedir”

Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində bəzi sənətçilərin toy qiymətini açıqlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, o, Miri Yusifin, Röyanın və Aygün Kazımovanın toya yarımsaatlıq getməyinin qiyməti haqqında danışıb.

Aparıcı bildirib ki, əməkdar artist Röyanın toyda 30 dəqiqə iştirakı üçün 8000 manat xərcə düşmək lazımdır.

Bundan başqa o, xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın da bu qiymətə toya getdiyini söyləyib. "Onlar da 6000-7000 manata 30 dəqiqəlik toyda iştirak edirlər".