Saakaşvili Gürcüstana qayıdır


Dünya 30 Sen 2019 14:58:00 329 0

Saakaşvili Gürcüstana qayıdır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmaq fikrində olduğunu açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, o yaxın vaxtlarda qayıdacağını və Gürcüstanda dövlətçiliyi bərpa edəcəyini bəyan edib.

Qeyd edək ki, M.Saakaşvili və partiyası Gürcüstanda 9 il, 2012-ci il parlament seçkilərinə qədər hakimiyyətdə olub. 2013-cü ildə M.Saakaşvili Gürcüstanı tərk edib.

Onun barəsində Gürcüstanda bir sıra cimayət işləri açılıb. Ölkə hökuməti dəfələrlə bəyan edib ki, M.Saakaşvili sərhədi keçdiyi anda həbs ediləcək.