Azərbaycanda 4-cü "Prime Travel Market" tədbiri baş tutacaq (FOTO)


Digərləri 30 Sen 2019 14:50:00 219 0

Azərbaycanda 4-cü "Prime Travel Market" tədbiri baş tutacaq (FOTO)

"Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə 4-cü "Prime Travel Market" tədbiri baş tutacaq.

Bakı. Oktyabrın 8-də "Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə 4-cü "Prime Travel Market" tədbiri baş tutacaq. Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir. Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunacaq. Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Sinqapur, Malaziya, Çexiya, Sloveniya, Yunanıstan, Belarusiya, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edəcək. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparacaqlar. "Prime Travel Market"in təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edəcəkdir. Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri vardır. Tədbir zamanı qonaqlar üçün 20-yə yaxın dəyərli hədiyyələrin uduşu təskil olunacaq.