Azərbaycanda yeni medal təsis edilir


Digərləri 30 Sen 2019 14:29:00 255 0

Azərbaycanda yeni medal təsis edilir

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə medal təsis edilir.

Bakı. Elçin Mehdiyev – Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə medal təsis edilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Belə ki, iclasda "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik gündəliyə daxil edilib.