Şumaxerə məxsus 18 illik rekodu yeniləndi


İdman 30 Sen 2019 14:21:00 262 0

Şumaxerə məxsus 18 illik rekodu yeniləndi

Rusiya Qran-prisini qazanan "Mercedes" pilotu Lüis Hemilton Mixael Şumaxerə məxsus 18 illik rekodu yeniləyib.

Goal.az-ın məlumatına görə, 2001-ci ildə keçirilmiş Belçika Qran-prisində Şumaxer Ayrton Sennanı liderlik etdiyi yarış sayında üstələyib. Karyerasının sonlarında almaniyalı pilotun müəyyənləşdirdiyi orientir 142-yə çatıb. Hemilton isə Soçidə qalib gəlməklə, 143-cü dəfə liderliyə müvəffəq olub.

Rusiya Qran-prisindən sonra xallarını 322-yə çatdıran britaniyalı pilot komanda yoldaşı Valtteri Bottasla xal fərqini 73-ə çatdırıb. Üçüncü yerdə Ferrari" pilotu Şarl Lekler 107 xalla qərarlaşıb. Hemiltonun bu mövsüm 9, karyerasında isə 82 qələbəsi var.