"Anası ilə birlikdə içəndən sonra məni döyürdü"


Digərləri 30 Sen 2019 14:04:00 314 0

"Anası ilə birlikdə içəndən sonra məni döyürdü"

İki aydır yoxa çıxan 2 ayın gəlini Məmmədli Mujgan Salman qızı Bərdədə tapılıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, qayınananın evindən yoxa çıxan Müjganın anası "Səni axtarıram" proqramına gələrək qızının tapılması üçün kömək istəmişdi. Əri və qayınanası tərəfindən şiddətə məruz qaldığı üçün evdən qaçdığını deyən Müjgan bu iki ay ərzində Gəncədə, Yevlaxda, Bərdədə yaşayıb. O, bu müddət ərzində kirayələdiyi günlük evlərdə qalıb.

Dəfələrlə ata evinə getsə də, ailəsinin ona sahib çıxmadığını deyən Müjgan qaçmaqdan başqa çarə görmədiyini deyib: "Anamın qapısına 4 dəfə getmişdim, qəbul etmədi. Dedi ki, get otur, dolan. Bir uşağın olsun, düzələcək. 

Atam Rusiyadadı, zəng vurub, ona da dedim. Məcbur olub, qaçdım".

Gənc qadının ər evində yaşadıqları hər kəsi dəhşətə gətirib. O, həyat yoldaşının qayınanası və qayınatası ilə birlikdə pivə içib, hər gün onu döydüyünü danışıb:

"Hər gün oturub bir yerdə pivə içirdilər. Həyat yoldaşım pivədən sonra bağda gizlətdiyi arağı içib daha da sərxoş olurdu. Gəlib məni döyürdü. Deyirdim ki, bunu niyə içirdirdiz, içib məni döyür axı. Qayınanam qayıdıb deyirdi ki, 3 nəfərə 2 litr pivə içmişik də, onunla adam "piyan" olur? Allaha and olsun, qayınanam da içirdi. İçib dəli olurdu, evi dağıdıb tökürdü. Axırıncı dəfə anası ilə birlikdə içəndən sonra yenə məni möhkəm döydü. Çölə qaçmaq istəyəndə anası evə salıb döydü. Gecəni qapıdakı dəmir pilləkənlərdə keçirtdim. Səhəri günü əmisigilə getdim, oradan da baş götürüb getdim. Hər dəfə məni döyəndə gecəni ya tövlədə, ya da pilləkənlərdə keçirtmişəm". 

Xatırladaq ki, ana Müjganın qayınanası tərəfindən şiddətə, işgəncələrə məruz qaldığını və evdən məhz bu üzdən qaçdığını iddia edirdi: