Siqareti eyvanda çəkib, hara gəldi atırlar "Rusiyadakı qadağa bizdə də qoyulmalıdır"


Digərləri 30 Sen 2019 14:13:00 305 0

Siqareti eyvanda çəkib, hara gəldi atırlar  "Rusiyadakı qadağa bizdə də qoyulmalıdır"

"Burada əsas məsələ qanunun icra mexanizminin düzgün qurulmasıdır".

Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq. Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.

Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur.

Eyni problem ölkəmizdə də var. Məlumdur ki, eyvanda siqaret çəkilməsi təhlükəli məqamdır. Maraqlıdır, Rusiyadakı qaydalar ölkəmizdə də tətbiq oluna bilərmi?

Son.az bildirir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev sherg.az-a açıqlamasında bildirdi ki, son vaxtlar yanğınların baş vermə səbəblərinə baxanda insanların məsuliyyətsizliyi, təhlükəsizlik qaydalarına, əsasən də yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsini görürük. Ekspert qeyd edib ki, insanlar ən sadə yanğın təhlükəsizlik qaydalarını ya bilmir, yaxud da bilməzdən gələrək bu qaydaları kobud sürətdə pozur:

"Evlərdə xüsusən də çoxmərtəbəli yaşayış binalarında eyvanda siqaret çəkib aşağı atandan tutmuş məhəccərlərdə kabab çəkənlərə qədər rast gəlmək olar. Bu kimi hallar potensial yanğın təhlükəsi yaradır. Söndürülmədən atılan siqaretin kötüyü küləyin təsiri ilə aşağı mərtəbədə olan qonşunun pəncərəsindən içəri girə bilər ki, bunun da sonu bədbəxt hadisə ilə nəticələnər. Yaxud eyvanda kabab çəkənlər nəzərə almırlar ki, orada kabab çəkmək üçün yer nəzərdə tutulmayıb. 15-ci mərtəbədə açıq oddan istifadə etməklə yanğın təhlükəsi qaçılmaz olur". 

Ekspert: "Yaxşı olar ki, bu kimi hadisələrə insanlar ictimai qınaqla yanaşsın"