Heydər Əliyev Mərkəzində "Natiq" ritm qrupunun konserti olacaq VİDEO


Kriminal 30 Sen 2019 12:55:00 290 0

Heydər Əliyev Mərkəzində "Natiq" ritm qrupunun konserti olacaq  VİDEO

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh" və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək.

Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə "Natiq" ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub.

2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında "Dünya Qran Prisi"ni qazanıb.

2012-ci ildə "Eurovision", 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə "Formula 1", 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.

(adsgarden = window.adsgarden || []).push({});