Azərbaycan beynəlxalq sərgidə "Naxçıvan Muxtar Respublikası" stendi ilə təmsil olundu


Digərləri 30 Sen 2019 13:27:00 294 0

Azərbaycan beynəlxalq sərgidə "Naxçıvan Muxtar Respublikası" stendi ilə təmsil olundu

Türkiyə Respublikasının Van şəhərində 26-29 sentyabr tarixlərində keçirilən "10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi"n ölkəmiz ilk dəfə təmsil olunub.

Sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti "Naxçıvan Muxtar Respublikası" stendi ilə təmsil edib.

Artıq onuncu ildir keçirilən sərgidə Ermənistanın saxta, oğurluq mədəniyyətinin sərgisi Azərbaycan  nümayəndə heyəti tərəfindən qarşısı alınıb.

16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı 52 kvadrat metrlik sahədə "Naxçıvan Muxtar Respublikası" stendi və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarının diqqətini xüsusilə cəlb edib.