Deputat: Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər


Digərləri 30 Sen 2019 12:46:00 177 0

Deputat: Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər

Musa Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında deputat Musa Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb. Trend-in məlumatına görə, M.Quliyev bildirib ki, qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də belə məkanlarda siqaret çəkənlər var. Deputat qeyd edib ki, parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur: “Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsləni nəzarətə götrürsünlər”. M.Quliyev əlavə edib ki, televiziyalarda energetik içkilərin reklamı qadağan edilməlidir: "Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir. Bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin