Çexiyadan biznes nümayəndə heyəti Azərbaycana gələcək


Digərləri 30 Sen 2019 12:28:00 331 0

Çexiyadan biznes nümayəndə heyəti Azərbaycana gələcək

Çexiyadan biznes nümayəndə heyəti Bakıya səfər edəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.

O, bu cür səfərin planlaşdırıldığını, amma təfərrüatların hələlik açıqlanmadığını bildirib.

Səfir əlavə edib ki, bu tədbirlər adətən yüksək vəzifəli şəxslərin səfərləri ilə əlaqəli olur.

M.Ekert bildirib ki, hökumətlərarası komissiyanın beşinci iclası payızda Praqada keçiriləcək: "Əminəm ki, komissiyanın iclası Çexiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni dövrünə start verəcək".