AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib (FOTO/VİDEO)


Digərləri 30 Sen 2019 11:54:00 213 0

AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib (FOTO/VİDEO)

Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib.

Bakı. Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyacan dolu anlar, maraqlı tryuklarla yadda qalıb. AAF-dan Trend-ə verilən məlumata görə, “V1 Challange Gəncə” yarışında” “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edib. Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fonteyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər. Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub. Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb. Viktorina başa çatdıqdan sonra “Volkicar” avtomobillərinin yarışı keçirilib. Drift yarışları üzrə pilotlar Elvin Xudayarov birinci yerin, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olub. V1 Challange yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yerə sahib olub. Sonda qaliblərə kuboklar təqdim olunub.