Penitensiar Xidmətdən vəfat edən məhbusla bağlı RƏSMİ məlumat


Digərləri 30 Sen 2019 11:57:00 231 0

Penitensiar Xidmətdən vəfat edən məhbusla bağlı RƏSMİ məlumat

Penitensiar Xidmət vəfat edən məhbusla bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Penitensiar Xidmət vəfat edən məhbusla bağlı məlumat yayıb. Xidmətdən Trend-ə daxil olan məlumata görə, 25.07.2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2..3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.1, 228.3, 228.4, 234.1, 277, 278.2, 281.2, 315.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Quliyev Eşqin Zahid oğlu 09.08.2018-ci il tarixdə Penitensiar xidmətin Bakı İstintaq təcridxanasına daxil olub. Tibbi müayinədən keçirilmiş E.Quliyev “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar xidmətin Müalicə müəssisəsinə keçirilmiş, müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb. Sentyabrın 27-də “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb.