Bakıda Azərbaycan-Cənubi Koreya biznes forumu öz işinə başlayıb


Digərləri 30 Sen 2019 11:35:00 256 0

Bakıda Azərbaycan-Cənubi Koreya biznes forumu öz işinə başlayıb

Bu gün Bakıda Azərbaycan və Cənubi Koreya arasında ticari-iqtisadi münasibətlərə həsr olunmuş biznes forum öz işinə başlayıb.

Bakı. Mətanət Nəsibova - Bu gün Bakıda Azərbaycan və Cənubi Koreya arasında ticari-iqtisadi münasibətlərə həsr olunmuş biznes-forum öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) başçısı Yusif Abdullayev və Koreya İdxalçlar Assosiasiyasının (KOIMA) başçısı Xonq Kvanc Xinin çıxışları olacaq. Tədbirdə neft-kimya məhsulları, tekstil, sənaye məhsullarının istehsalı və digər sahələrdə ixtisaslaşmış 8 böyük şirkətin nümayəndələri işdirak edirlər.