Bakıda mağaza satıcısı müştərini döydü


Kriminal 30 Sen 2019 11:29:00 207 0

Bakıda mağaza satıcısı müştərini döydü

Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.

Son.az APA-ya istiandən xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisınin təfərrüatlarını araşdırır.