Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib


Siyasət 30 Sen 2019 11:18:47 278 0

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib

Serjan Oralbay oğlu Abdulkərimov Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, onun səfir təyin edilməsi barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Məlumata görə, sərəncamla o, Çexiya və Slovakiyada tutuğu səfir vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi 1994-cü ilin dekabrında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2004-cü ilin martında açılıb.