Acun Ilıcalı: "Azərbaycanda oynasam, oranın himnini oxuyaram" - VİDEO


İdman 30 Sen 2019 10:34:00 264 0

Acun Ilıcalı: "Azərbaycanda oynasam, oranın himnini oxuyaram" - VİDEO

Türkiyə Super Liqasının VI turunda Galatasaray - Fenerbahçe (0-0) almaniyalı futbolçusu Maks Kruzenin səfər matçında Türkiyənin dövlət himnini oxuması birmənalı qarşılanmayıb.

Goal.az xəbər verir ki, tanınmış futbol şərhçisi Sinan Engin “Bəyaz TV”də “Maks Kruzeyə İstiqlal Marşını Acun Ilıcalı öyrədib” deyib. Onun həmkarı Ahmet Çakar isə “Maks Kruze kimi bir əcnəbinin İstiqlal Marşını öyrənməyi hoqqabazlıqdır” söyləyib.

Canlı yayıma qoşulan Türkiyənin məşhur aparıcısı, TV8-in sahibi Acun Ilıcalı isə buna sərt şəkilə etiraz edib: “Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudur, şouya ehtiyacı yoxdur. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qaradərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdir. Bu adam sabah, birisigün Almaniyaya gedəcək və Türkiyədən bəhs edəcək. Bir alman getdiyi zaman “məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi?”