BirKart-la ADNSU-da təhsil haqqını hissə-hissə ödəmək olar


Digərləri 30 Sen 2019 11:01:25 267 0

BirKart-la ADNSU-da təhsil haqqını hissə-hissə ödəmək olar

Ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib.

Bakı. Ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib. Yeni aksiyadan övladı, özü və ya yaxını Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan BirKart taksit kart sahibləri yararlana bilər. Şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, ADNSU-da ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Bunun üçün illik ödəniş haqqını universitetdə olan Kapital Bank POS terminalı vasitəsilə BirKart-la ödəmək lazımdır. Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.