Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib


Digərləri 30 Sen 2019 11:11:00 245 0

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib

Serjan Oralbay oğlu Abdulkərimov Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bakı. Nərgiz Sadıxova - Serjan Oralbay oğlu Abdulkərimov Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Trend-in məlumatına görə, onun səfir təyin edilməsi barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb. Məlumata görə, sərəncamla o, Çexiya və Slovakiyada tutuğu səfir vəzifəsindən azad edilib. Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi 1994-cü ilin dekabrında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2004-cü ilin martında açılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin