Albert Aqarunova həsr olunmuş karate beynəlxalq turnirə yekun vurulub (FOTO)


Digərləri 30 Sen 2019 10:38:38 280 0

Albert Aqarunova həsr olunmuş karate beynəlxalq turnirə yekun vurulub (FOTO)

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirə yekun vurulub.

Bakı. Sentyabrın 29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirə yekun vurulub. Trend-in məlumatına görə, turnirdə birinci yeri ən çox medal qazanan “Qara Qaplan” komandası tutub, “Zirvə” komandası ikinci pillədə qərarlaşıb. “Arpaçay” karate klubu isə yarışı üçüncü yerdə tamamlayıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib.