Müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb (FOTO)


Digərləri 30 Sen 2019 10:22:02 227 0

Müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb (FOTO)

Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb.

Bakı. Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi iştirak edib. Müəllimlər 45 dəqiqə vaxt ərzində onlayn şəkildə 25 test sualını cavablandırıblar. İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Oktyabrın 1-dən isə həmin müəllimlər məktəbəhazırlıq qruplarında fəaliyyətə başlayacaqlar.