Üzərinə “Üzr istəyirəm mən öküzəm” yazdığı “BMW” ilə qəza törətdi VİDEO


Dünya 30 Sen 2019 09:55:00 256 0

Üzərinə “Üzr istəyirəm mən öküzəm” yazdığı “BMW” ilə qəza törətdi  VİDEO

Türkiyədə sevgilisindən üzr istəmək üçün bəzədiyi avtomobillə qəza törədən gənc yaralanıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Bursanın Biləcik rayonunda baş verib.

Məlumata görə, Hakan Ü.(22) 16 LFP 48 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilinin kapotunu çiçəklə bəzəyərək "Üzr istəyirəm mən öküzəm", "Səni  çox sevirəm Sibel" yazaraq sevgilisindən onu bağışlamasını istəyib. Dostları ilə qızın qaldığı tələbə yataqxanasının qarşısına gələn Hakan ondan üzr istəyir. Sonra geri dönən zaman Hakan idarə etdiyi avtomobili iki küçənin kəsişməsində yerləşən işıq dirəyinə çırpır.

Qəzanın şiddətindən avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.

(adsgarden = window.adsgarden || []).push({});