Banqkokda insanlar təhlükədə


Dünya 30 Sen 2019 09:36:00 297 0

Banqkokda insanlar təhlükədə

Taylandın paytaxtında hava bir neçə dəfə pisləşib.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxt Banqkokun 19 rayonunda havanın keyfiyyət indeksi qırmızı səviyyəyə qaldırılaraq normal 50 bal olmaqla 155 ilə 178 arasında dəyişir. Yəni insanların sağlamlığına mənfi təsir göstərə bilər. Risk altında olan insanlar üçün açıq havada olmaq ciddi nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, Banqkokda havanın ən yüksək çirklənməsi dekabr-aprel ayları arasında düşür. İlin bu vaxtında külək olmur və atmosferdə avtomobillərdən və müəssisələrdən emissiyalar qalır.