Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb


Digərləri 30 Sen 2019 09:32:00 199 0

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.

Bakı. Samir Əli - Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.