ABŞ-a elə qar yağdı ki, fövqəladə vəziyyət elan olundu


Digərləri 30 Sen 2019 09:38:00 275 0

ABŞ-a elə qar yağdı ki, fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Montana ştatında tüğyan edən güclü qar qasırğsı fəsadlara yol açıb.

Bakı. ABŞ-ın Montana ştatında tüğyan edən güclü qar qasırğsı fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa ilə əlaqədar qubernator Stiv Bullok ştatın ərazisində fövqəladə vəziyyət elan edib. Qubernator qərarının sentyabr ayında qəfil yağan güclü qar səbəbindən sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə verildiyini deyib. Ştatın bəzi rayonlarında yağan qarın hündürlüyünün 100 sm olduğu qeyd edilir. Güclü qar ştatda elektrik təchizatında problemlər yaradıb, yollar bağlanıb.