Kurts Almaniyadakı iqtisadi vəziyyətlə əlaqədar işsizlik təhlükəsi olduğunu iddia edir


Dünya 30 Sen 2019 08:52:00 296 0

Kurts Almaniyadakı iqtisadi vəziyyətlə əlaqədar işsizlik təhlükəsi olduğunu iddia edir

Almaniyadakı pis iqtisadi vəziyyət onu artan işsizliklə təhdid edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mühafizəkar Avstriya Xalq Partiyasının sədri Sebastian Kurts partiyasının Avstriyadakı parlament seçkilərində qalib gəlməsindən sonra açıqlayıb.

Həmçinin, jurnalistlərə müsahibəsində Kurts bunları söyləyib: "Ətrafımızda dünyada nə baş verdiyini bilirəm, bir çox sınaqlarla qarşılaşırıq. Almaniyada pis bir iqtisadi vəziyyət var, işsizliyin artması təhlükəsi var. Brexit ilə bağlı problem həll olunmamış qalır. Bunlar Avstriyaya təsir edən problemlərdir. Çətin günlərimiz var. buna görə ölkəmin rifahı üçün çox çalışmaq istəyirəm "deyə Kurts bildirib.