Bu il Azərbaycanın əsas kapitalına nə qədər vəsait yönəldilib?


Digərləri 30 Sen 2019 07:40:02 248 0

Bu il Azərbaycanın əsas kapitalına nə qədər vəsait yönəldilib?

Bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilib.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilib. Trend-in məlumatına görə, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.