"Forever 21" pərakəndə satış şəbəkəsi iflas olub


Digərləri 30 Sen 2019 07:47:45 252 0

"Forever 21" pərakəndə satış şəbəkəsi iflas olub

Amerikanın geyim və aksesuar mağazalar şəbəkəsi olan "Forever 21" müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib

Bakı, Amerikanın geyim və aksesuar mağazalar şəbəkəsi olan "Forever 21" müflis elan edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Trend-in məlumatına görə, bu barədə bazar günü şirkətin saytında dərc olunan bəyanatda deyilir. Qeyd edək ki, sənəddən göründüyü kimi ABŞ-dakı mağazalarının bir hissəsi bağlanacaq. Digərləri isə öz fəaliyyətini davam etdirəcəkdir. "Forever 21" rəhbərliyi biznesi yenidən qazanclı etmək üçün yenidən qurulmaq niyyətindədir. CNN-in məlumatına görə, 800 mağazadan 180-ə qədəri bağlanacaq. Ticarət şəbəkəsi 1984-cü ildə qurulmuşdur. Baş ofisi Los-Ancelesin Kaliforniya ştatında yerləşir.