Mühafizəkar Avstriya xalq partiyası seçkilərdə qalib gəlib


Digərləri 30 Sen 2019 00:29:00 320 0

Mühafizəkar Avstriya xalq partiyası seçkilərdə qalib gəlib

Avstriyanın keçmiş kansleri Sebastian Kurtsun rəhbərlik etdiyi Mühafizəkar Avstriya Xalq Partiyası erkən seçkilərdə Milli Şurada (parlamentin aşağı palatası) 38.4% səs toplayaraq bazar günü məntəqələrdə seçicilərin verdiyi bütün səsləri saydıqdan sonra qalib gəlib

Bakı, Avstriyanın keçmiş kansleri Sebastian Kurtsun rəhbərlik etdiyi Mühafizəkar Avstriya Xalq Partiyası erkən seçkilərdə Milli Şurada (parlamentin aşağı palatası) 38.4% səs toplayaraq bazar günü məntəqələrdə seçicilərin verdiyi bütün səsləri saydıqdan sonra qalib gəlib. Trend-in məlumatına görə, bu barədə Avstriyanın Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda bildirib. Qeyd edək ki, Avstriyanın Sosial Demokrat Partiyası 21,5% səs toplamaqla ikinci yeri tutur. Üçüncü yerdə Avstriya Azadlıq Partiyası 17,3% səs toplayıb. Yaşıllar partiyası dördüncü yeri tutur - 12,4%, beşinci yerdə isə Yeni Avstriya partiyası məskünlaşıb - 7,4%.