Kant və onun fəlsəfi fikirləri


Digərləri 29 Sen 2019 23:50:00 373 0

Kant və onun fəlsəfi fikirləri

Kant 1724-cü ildə doğulmuş və bütün həyatını Köniqsberqdə yaşamışdır. Yerli universiteti bitirib, elə orada da pedaqogika, fəlsəfə və fiziki coğrafiyadan dərs demişdir. Kant yaradıcılığını iki dövrə ayırmaq qəbul edilib: "tənqidəqədərki" - XVIII əsrin 70-ci illərinə qədərki dövr, bu müddətdə alim təbiətşünaslığın fəlsəfi problemləri ilə məşğul olmuşdur və "tənqidi" dövrdə onun tədqiqatının predmeti insan zəkası, onun strukturu və dərketmə imkanları olub. Bütün həyatı boyu Kant "səbir və pəhriz" devizinə riayət edibdir. 1804-cü ildə ölmüşdür.

Mütəfəkkirin əsas əsərləri: "Xalis zəkanın tənqidi", "Praktik zəkanın tənqidi", "Mühakimə qabiliyyətinin tənqidi" kitablarıdır.

İdrak nəzəriyyəsi - hansı şəraitdə gerçək dərketmə mümkündür və onun sərhədləri necədir məsələsi üzərində ardıcıl düşüncələrdir. Kant belə bir tezisdən çıxış edirdi ki, insan və onun şüurundan asılı olmayan şeylər dünyası -"özündə şeylər" mövcuddur.

İdrak prosesi ondan başlayır ki, şeylər bizim hiss üzvlərimizə təsir edir və insanda duyğular yaradır. Duyğular bazasında anlayışlar və düşüncə mühakiməsi, həmçinin zəkanın ideyaları formalaşır.

Kant qeyd edir ki, bilik həmişə öz növbəsində analitik ve sintetik olan mühakimələr formasında ifadə olunur. Birinci əşyalar haqqında yeni biliklər əlavə etmir, ikinci isə belə bilik əldə etməyə kömək edir.

Kant hissi, düşüncə və zəka bacarığını ayırır. Hissiyyat şeyləri duymaq qabiliyyətidir; düşüncə - insanın sadə anlayışlara və şeylər haqqında mühakimələrə olan bacarığıdır; zəka - əqli nəticə və ideyalara, yəni ali anlayışlara olan bacarığıdır.

(adsgarden = window.adsgarden || []).push({});