Şopenhauer və onun fəlsəfi fikirləri


Digərləri 29 Sen 2019 22:50:00 285 0

Şopenhauer və onun fəlsəfi fikirləri

Şopenhauer 1788-1860-ci illərdə yaşamışdır. Şopenhauer Hottingen universitetində oxuyub, "Kafi əsas qanunun dördlü kökü haqqında" dissertasiya müdafiə etmişdir. Gənc filosof şərqşünas Mayerlə tanış olmuş, onun təsiri ilə şərq dinləri ilə maraqlanmışdır, Şopenhauerin əsas əsərləri: "Dünya iradə və təsəvvür kimi", "Təbiətdə iradə haqqında", "Etikanın iki əsas problemi", "Həyatİ müdriklik aforizmləri" kimi məşhur olmuşdur. Şopenhauerə görə bütün dünya hansısa qaranlıq, kor "həyat iradəsi" ilə çulğaşıb. Dünyada hökmran iradə təbiət və cəmiyyət qanunauyğunluğu istisnadır və deməli dərketmə mümkün deyil Dünya, şüur formaları ilə şərtlənmiş təsəvvürdür. Şopenhauerə görə bu formalar zaman, məkan və kauzallıqdır.

Son.az onlara.de-yə istinadən bildirir ki, iradə cisimlərin daxili enerjisini təsvir edir, bu enerji onları inkişafa və bir-biri ilə qarşılıqlı təsirdə olmağa vadar edir. O səbəbi siz və dərkolunmazdır, mütləq azaddır və həyata cəhdi göstərir. Şopenhauer göstərir ki, iradə canlı təbiətin sirli qüvvəsidir və yalnız dahi incəsənət yaradıcılığına açılır.

İnsanın həyatı mövcudluq uğrunda aramsız mübarizədir. Bu mübarizədə yalnız bir müəyyən şey mövcuddur: sonra ağır məğlubiyyət. Həyat - ehtiyac və iztirabdır. Bədbəxtlik hamının qismətidir. Təkcə fərdin həyatı deyil, həmçinin bəşər tarixi faciəlidir.

Ehtiyacdan yaxa qurtarmaq olar - bu incəsənətin köməyi və həyat iradəsinin boğulması vasitəsilə mümkündür. Onda insan dünyanın təmiz gözü şəklinə düşür, obyektə yüklənir və özünü iztirablarını unudur. İncəsənət şeylərin obyektiv mahiyyətini ifadə edir və ona görə də bizə iztirablardan uzaqlaşmağa kömək edir.

(adsgarden = window.adsgarden || []).push({});