Zillətdən uzaq olun...


Digərləri 29 Sen 2019 22:45:00 287 0

Zillətdən uzaq olun...

Son.az maide.az-a istinadən günün hədisini təqdim edir:   İmam Hüseyn (ə):   لا وَاللهِ لا أَعْطِيكُمْ بِيَدِي إِعْطَاءَ الذَّلِيلِ وَ لا أَفِرُّ فِرَارَ الْعَبِيدِ   "Allaha and olsun! Mən zəlil və alçaq insanlar kimi əlimi onlara (zalımlara) tərəf uzatmaz, qul və əsirlər kimi onların önündən qaçmaram."   ("Müsnədi İmamuş-şəhid", c.2, səh.27.)   Qısa izah   Aşura hadisəsi bəşəriyyət tarixinin əbədi və əzəmətli eposu sayılır. Kərbəla insanı tərbiyə edən ən böyük məktəbdir. Aşura hadisəsi insanlıq tarixində unudulmayan böyük bir gündür. Əgər xalq və millətlər başıuca və iftixarla yaşamaq istəyirlərsə, onlardan ilham almalıdır.   İmam Hüseynin (ə) Kərbəla hadisəsi barəsində söylədiyi bu neçə cümlə bu məktəbin insanlara aşkar şəkildə edilən müraciətidir. Həmin müraciətdə zalımlara təslim olaraq zilləti qəbul etməmək, izzət və iftixarla yaşamaq ifadə olunmuşdur. Düşmənlər qarşısında meydanı tərk edib qaçmaq yox, onlarla mübarizə aparmaq lazımdır.     إِنِّي لا أَرَي الْمَوْتَ إِلَّا سَعَادَةً وَ الْحَيَاةَ مَعَ الظَّالِمِينَ إِلَّا بَرَمًا   "Mən ölümü səadət və xoşbəxtlik, zalımlarla birgə olmağı isə zillət və bədbəxtlikdən başqa bir şey bilmirəm." ("Müsnədi İmamuş-şəhid", c.2, səh.478.)

(adsgarden = window.adsgarden || []).push({});